Yaxın 10 il ərzində dünya müharibəsi başlayacaq
04 Aprel 2013 Cümə Axşamı 21:33
Bu proqnozla Moskva Dövlət Universitetinin professoru, Hərbi Eləmlər Akademiyasının akademiki Sergey Malkov çıxış edib .
"Növbəti dünya müharibəsi yaxın 10 il ərzində başlaya bilər. Bu müharibənin "soyuq", yaxud da "qaynar" olacağını isə əvvəlcədən söyləmək mümkün deyil". Bu sözləri Moskva Dövlət Universitetinin professoru, Hərbi Eləmlər Akademiyasının akademiki Sergey Malkov deyib.
ANS PRESS-in "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, akademik yaxın 10 il ərzində regionu böyük siyasi və texnoloji qeyri-standartlığın gözlədiyini bildirib.
"5-ci və 6-cı texnoloji tsiklə keçid edə bilməyən ölkələr sonradan inkişafdan 50 il geri qalacaqlar", - deyə Sergey Malkov bildirib. Akedemik həmçinin yaxın 200 ildə planetdə hərbi aqressiyanın bir qədər də artacağını proqnozlaşdırıb.
DOSTLARINLA PAYLAŞ: