“Yaşar Nurinin ölməsi barədə xəbərlər şayiədir”
17 Fevral 2012 Cümə 06:46
Xalq artistinin həyat yoldaşı ötən gün yayılmış informasiyanın doğru olmadığını vurğulayıb.
Ötən gün günorta saatlarında 11 noyabr 2011-ci il tarixindən Mərkəzi Gömrük hospitalının reanimasiya şöbəsində müalicəsini davam etdirmiş aktyor Yaşar Nurinin səhhəti birdən-birə pisləşib. Deyilənlərə görə, süni nəfəs aparatında problemlər olduğu üçün onun nəfəs alması çətinləşib. Xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva yayılmış növbəti ölüm xəbərindən xəbərdar olduğunu bildirib və bu dəqiqələrə qədər informasiyanın doğru olmadığını vurğulayıb. Paralel olaraq, aktyorun sənət dostları, Xalq artistləri Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı da Yaşar Nurinin ölümü ilə bağlı yayılmış məlumatları şayiə adlandırdı.

Xatırladaq ki, həkimlər aktyora ağ ciyər pnevmoniyası diaqnozu qoyublar. Yaşar Nurinin səhhətində pisləşmə 3 il öncə başlayıb. Aktyor bir müddət Mərkəzi Gömrük hospitalında müalicə alıb. Sonra Xalq artisti Türkiyənin İstanbul “Memorial” xəstəxanasında uzun müddət müalicə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar