Yaşar Nurini yenidən Türkiyəyə apardılar
16 Mart 2012 Cümə 18:26
Onun Türkiyədə hansı xəstəxanada yerləşdiriləcəyi hələlik dəqiq bilinmir.
Uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkən və müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri yenidən Türkiyəyə aparılıb. Bu barədə lent.az-a xalq artistinin qızı məlumat verib. Onun sözlərinə görə, xeyli müddət Dövlət Gömrük Komitəsinin Xəstəxanasında müalicə olunan atasının vəziyyətində irəliləyiş müşahidə olunmayıb. Odur ki, Y.Nurini yenidən Türkiyəyə aparmaq qərarına gəliblər.

Xalq artisti bu gün günorta Bakıdan yola salınıb. Onun Türkiyədə hansı xəstəxanada yerləşdiriləcəyi hələlik dəqiq bilinmir.

Qeyd edək ki, xalq artisti Yaşar Nuri bundan əvvəl iki dəfə Türkiyədə, İstanbuldakı “Memorilal” xəstəxanasında uzun müddətli müalicə kursu keçib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar