Yaşamaq üçün 100 əlverişli ölkə
18 Avqust 2010 Çərşənbə 03:20
Amerikanın “Newsweek” jurnalı həyat şərtlərinin ən yüksək olduğu 100 ölkəni seçib.
Amerikanın “Newsweek” jurnalı həyat şərtlərinin ən yüksək olduğu 100 ölkəni seçib. Jurnal bunu müəyyən etmək məqsədilə təhsil, səhiyyə, həyat şərtləri, iqtisadi dinamizm və siyasi vəziyyət olmaqla 5 amili əsas götürüb. Jurnalın araşdırmalarına görə, şimal ölkələri iqtisadi və sosial inkişaf baxımından ilk yerləri paylaşır. Belə ki, siyahının ilk pilləsində Finlandiya, 2-ci yerdə İsveçrə, 3-cü yerdə isə İsveç qərarlaşıb. Siyahının ilk onluğunda isə Avstraliya, Luksemburq, Norveç, Kanada, Hollandiya, Yaponiya və Danimarka yerləşib.

Siyahıya Azərbaycan 69, şimal qonşumuz Rusiya 51, cənub qonşumuz İran isə 79-cu sıradan daxil olub. Azərbaycanın ən yaxın müttəfiqlərindən olan Türkiyə isə bu siyahının 52-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Burkina Fasonun 100-cü sıradan daxil olduğu siyahıda Ermənistan yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar