Bu gecə cəbhə bölgəsində yaralanan əsgərlər xüsusi həkim nəzarəti altındadırlar.
ANS PRESS-in məlumatına görə, yaralı əsgərlərin həyatı üçün heç bir təhlükə yoxdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, yaxın saatlarda yaralı əsgərlərin vəziyyəti barədə tam dolğun məlumat veriləcək.
Qeyd edək ki, gecə saat 03:00-dən 05:00-a qədər Ermənistan silahlı qüvvələri tərəfindən 8 əsgərimiz yaralanıb. Yaralılar xüsusi hərbi tibbi yardım helikopteri ilə Bakıya gətirilib.