Yaralı əsgərimizdən qürur duyulası açıqlama
10 Avqust 2014 Bazar 09:47
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi erməni gülləsinə tuş gəlmiş 3 əsgərimizi Türkiyəyə müalicəyə göndərib.
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi erməni gülləsinə tuş gəlmiş 3 əsgərimizi Türkiyəyə müalicəyə göndərib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılıb. “TRT”nin müxbiri yaralı əsgərlərimizdən biri Elvin Əsgərova baş çəkərək ondan açıqlama alıb.

Əsgərov türkiyəli müxbirə açıqlamasında son nəfəsinə qədər döyüşə biləcəyini, Vətən üçün canından, qanından keçməyə hazır olduğunu bildirib.

“Mən fəxr edirəm ki, Azərbaycan uğrunda – Vətənimə görə yaralanmışam. Ən böyük arzum odur ki, ayağa qalxım döyüşə gedim və qisasımı alım.” - deyə yaralı əsgərimiz kövrələrək qürur duyulası açıqlama verib.

Həmin kadrları təqdim edirik:



DOSTLARINLA PAYLAŞ:

oyunlar