Yaralananlardan beşinin vəziyyəti ağırdır
01 May 2009 Cümə 16:35
Yaralılardan 6-sı baş və sifət, 2-si sinə, 1-i bilək, 1 isə bud nahiyəsindən güllə yarası alıb

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən silahlı basqın nəticəsində yaralanan 10 nəfərdən 5-nin vəziyyəti ağırdır. Bu barədə məlumat Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilib. Həkimlər digər 4 nəfərin vəziyyətini orta ağır, 1 nəfərin vəziyyətini isə kafi kimi qiymətləndirirlər.
Qeyd edək ki, yaralıların 8-i Kliniki Tibbi Mərkəzə, 1-i 4 saylı Şəhər Klinik Xəstəxanasına, 1- i 1 saylı Dəmir Yol Xəstəxanasına yerləşdirilib.
Onların 6-sı baş və sifət nahiyəsindən, 2-si sinə, 1-i bilək, 1 isə bud nahiyəsindən yaralanıb. Bütün xəstələrdə birincili cərrahiyə işlənməsi aparılıb, 5-də təcili əməliyyat keçirilib, 3-də isə əməliyyat keçiriləcək.
Səhiyyə Nazirliyi yaralılara qan vermək üçün adıçəkilən xəstəxanalara üz tutan vətəndaşlarada müraciət edərək, onlara öz minnətdarlığını bildirib. Nazirlikdən bildirilib ki, Qan Bankında bütün qan rezuslarına dair kifayət qədər qan ehtiyatı var.
Xatırladaq ki, aprelin 30-da səhər saatlarında baş verən silahlı basqın nəticəsində 13 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Silahlı basqın edənin isə Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu bildirilir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar