Yaponiyadakı azərbaycanlılar ölkənin şərqinə köçürülüb
17 Mart 2011 Cümə Axşamı 20:02
Səfir Azər Hüseyn: “Həmyerlilərimizin evakuasiyası məsələsi hələlik müzakirə olunmur”
Yaponiyada nüvə böhranı ilə əlaqədar vəziyyət burada yaşayan xarici ölkə vətəndaşlarının kütləvi şəkildə vətənlərinə qayıtmasına səbəb olub. Bu ölkədə yaşayan Azərbaycan vətəndaşları isə ölkənin təhlükəsiz yerlərinə köçürülüb. Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseynin sözlərinə görə, həmyerlilərimizin vətənə evakuasiyası məsələsi hələ ki, müzakirə olunmur.
“Təhlükəli zonalarda qətiyyən azərbaycanlılar yoxdur. Onlar ölkənin şərqinə təzlükəsiz yerə köçürülüb. Radiasya fonu qalxıb. Amma deyilənlərə görə, təhlükəli həddə deyil. Səfirlyimiz hazırda adi qaydada işləyir. İşıqlarımız yanır”, - deyə səfir əlavə edib.
Səfir qeyd edib ki, hələlik Azərbaycan vətəndaşlarının evakuasiyası barədə düşünülmür.
DOSTLARINLA PAYLAŞ: