Yaponiyada ölənlərin sayı 9,7 min nəfərə çatıb
24 Mart 2011 Cümə Axşamı 09:28
16,5 mindən artıq sakin itgin düşmüş hesab olunur
Yaponiyada baş verən dağıdıcı zəlzələ və sunami nəticəsində ölənlərin sayı 9,7 min nəfərə çatıb. ANS PRESS-in “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş Polis İdarəsi məlumat yayıb.
Rəsmi məlumata görə, 16,5 mindən artıq yerli sakin itgin düşmüş hesab olunur.
Qeyd edək ki, əvvəllər 9 min 487 min nəfərin öldüyü və 15 min 617 min nəfərin itgin düşdüyü barədə məlumat verilirdi.
Xatırladaq ki, martın 11-də Yaponiyada Rixter cədvəli ilə 9 bal gücündə dağıdıcı zəlzələ baş verib. Yeraltı təkanlar 10 metr hündürlüyündə sunami yaradıb. Zəlzələdən sonra Yaponiyanın “Fukusima-1” və “Fukusima-2” atom elektrik stansiyalarında (AES) soyuducu sistemin sıradan çıxması səbəbindən fövqəladə vəziyyət tətbiq edilib. “Fukusima-1”in bir, iki və üçüncü reaktorlarında üç partlayış baş verib, həmçinin döndüncü enerji blokunda yanğın qeydə alınıb.
AES-də radiasiya sızması qeydə alındığından, hakimiyyət 20 kilometrlikdə yaşayan əhalini təxliyyə etmək məcburiyyətində qalıb.
DOSTLARINLA PAYLAŞ: