Yaponiyada ölənlərin rəsmi sayı 5 minə çatıb
14 Mart 2011 Bazar Ertəsi 14:22
İtkin düşənlərin sayı isə sayı hələlik dəqiq açıqlanmır
Yaponiyada zəlzələ və sunami nəticəsində ölənlərin rəsmi sayı 5 minə çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə Kyodo informasiya agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu, ilkin məlumat hesab edilir və həlak olanların sayının artacağı istisna edilmir. İtkin düşənlərin sayı isə sayı hələlik dəqiq açıqlanmır.
Xatırladaq ki, ötən həftənin cümə günü Yaponiyanın tarixində ən güclü zəlzələ baş verib. 8,9 bal gücündə olan zəlzələ Tokiodan 373 km şimal-şərqdə Miyaqi sahilində qeydə alınıb.
DOSTLARINLA PAYLAŞ: