Yaponiyada dağıntılar altından bir nəfər xilas edilib
19 Mart 2011 Şənbə 13:24
Axtarışlar davam etdirilir
Yaponiyada səkkiz gündür axtarış-xilas işlərini davam etdirən hərbçilər bir nəfəri xilas ediblər. Bu hadisə ölkənin şimal-şərqindəki Kesennuma şəhərində baş verib. Ancaq 20 yaşlı oğlanın dağıntılar altında cəmi bir gün qaldığı bildirilir. Belə ki, onun zəlzələdən bir həftə sonra geri qayıtdığı evi ötən gün uçub.

Ölənlərin sayı ilə bağlı ən son rəsmi rəqəm 7197-dir. 10905 nəfər isə itkin düşmüş hsab edilir.

Xarici vətəndaşlar isə ölkəni tərk etməkdə davam edir. Fransa,Böyük Britaniay,ABŞ,Çin və Çex respublikası xüsusi reyslərlə vətəndaşlarını Yaponiyadan çıxarır. Amerika Birləşmiş Ştatları vətəndaşlarına Yaponiyanın istənilən hissəsinə vacib olmayan səfərləri təxirə salmağı xəbərdarlıq edib.

Yaponiyanın Özünü Müdafiə Qüvvələrinin dəstələri isə Fukusima 1 AES-in zədələnmiş reaktorlarına su səpilmə əməliyyatını bu gün də bərpa edib. Reaktorların soyutma sisteminin bərpası üçün onların enerji ilə təminatı üzrə işlər də davam etdirilir. Soyutma sistmenin bərpası üzrə bir neçə gündür davam edən cəhdlərdən sonra 3-cü reaktorda radiasiya səviyyəsinin nisbətən aşağı düşdüyü bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar