Yaponiyada baş verən zəlzələ neft bazarını iflic edib
14 Mart 2011 Bazar Ertəsi 11:24
"Qara qızıl"ın bir barelinin qiyməti 99,18 dollara düşüb
Yaponiyada baş verən zəlzələ dünya neft bazarında neftin qiymətinin düşməsinə öz təsirini göstərməkdə davam edir. ANS PRESS-in "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Nyu-York satış birjasında neftin 1 barelinin fyuçerslərinin qiyməti 2% ucuzlaşaraq 99,18 dollara təklif edilib. Daha sonra isə neftin qiymətində cüzi artım qeydə alınıb və "qara qızıl"ın 1 bareli 99, 66 dollara çatıb.

Londonda isə “Brent” markalı neftin bir barelinin fyuçerslərinin qiyməti 2,4% düşərək 111,16 dollar olub.

Qeyd edək ki, cümə günü Yaponiyada 8,9 bal gücündə baş verən zəlzələ bütün sənaye müəssisələri, eləcə də nəqliyyat infrastrukturunun fəaliyyətini iflic edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar