Yaponiyada 17 mindən çox adam itkin düşüb
15 Mart 2011 Çərşənbə Axşamı 12:14
Təkcə Minami-Sanriku şəhərində 10 min nəfərin aqibəti məlum deyil
Yaponiyada baş vermiş zəlzələ və sunamidən sonra 17 min nəfər itkin düşmüş sayılır. ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Yaponiyanın "NHK" telekanalı yayıb.
Yaponiya hakimiyyət orqanları nümayəndələrinin məlumatına görə isə itkin düşən şəxslərin sayı 17 min 589 nəfərdir. Təkcə Miyaqi prefekturunun Minami-Sanriku şəhərində itkin düşənlərin sayı 10 min nəfərə çatır. Miyaqi prefekturunun digər şəhəri Onaqavada isə 5 min nəfər itkin düşüb. Fukusima prefekturunda ümumilikdə 1689 şəxsin itkin düşdüyü bildirilir.
Xatırladaq ki, Yaponiyada martın 11-də 8,9 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələdən sonra Sakit okeanda yaranan və hündürlüyü on metrə çatan sunami dalğaları Yaponiyada böyük dağıntılara səbəb olub.
DOSTLARINLA PAYLAŞ: