Yaponiya radioasiyasının izləri İsveçrədə aşkarlandı
31 Mart 2011 Cümə Axşamı 02:28
Təhlükəli maddələr paytaxt Cenevrənin üzərində də müşahidə edilib
Yaponiya radiasiyasının izləri ilk dəfə İsveçrədə aşkarlanıb. Məlumatı İctimai Sağlamlıq Federal Şurası (OFSP) yayıb. OFSP-nin məlumatına görə, radiasiyasını ölçən İsveçrə Hərbi Hava Qüvvələri Ceevrə və ölkənin şimalında Klinqnau şəhəri üzərində atmosferdə 131 yodu, eləcə də 134 və 137 seziumu aşkarlayıblar. Radiasiya səfiyyəsi Cenevrədə hər kubmetrdə 160, Klinqnauda isə 89 mikrobekkereldən çox deyil. 5000-8000 metr hündürlükdə isə radiasiya səviyyəsi 230 mikrobekerelə bərabərdir. “Bu, kiçik dozadır və yol verilən normadan 10 min dəfə azdır”, - deyə OFSP-nin radioasiyadan müdafiə şöbəsinin rəhbəri Verner Zeller bildirib.
Qeyd edək ki, Yaponiyada baş verən zəlzələ nəticəsində “Fukusima-1” AES-dəki qəzadan sonra radioasiya sızması başlayıb. Radioaktiv maddələr Sakit okean, ABŞ, Avropa və fəlakətin episentrindən uzaq başqa yerlərdə də aşkarlanıb.
DOSTLARINLA PAYLAŞ: