YAP Qarsdakı abidənin sökülməsini alqışlayır
11 Yanvar 2011 Çərşənbə Axşamı 19:50
Mübariz Qurbanlı: "Ərdoğanın söylədiyi fikirlər təqdirəlayiqdir".
YAP Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Qarsdakı türk-erməni dostluğuna aid abidənin sökülməsi qərarını alqışlayır.
"Qarsda türk-erməni dostluğuna aid abidənin sökülməsi ilə bağlı Ərdoğanın söylədiyi fikirlər təqdirəlayiqdir. Bu abidənin sökülməsi tam məntiqli hərəkət olacaq. Cənab Ərdoğanın bu mövqeyi mövcud reallığı əks etdirir və tamamilə qanunauyğun haldır",- deyə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.
M.Qurbanlının sözlərinə görə, belə abidənin mövcudluğu ermənilərin işğalçı siyasətinə mənəvi bəraətdən başqa bir şey olmazdı. Ona görə də, işğalçılara qarşı təpki göstərilməlidir və onlara hər hansı güzəştə gedilməməlidir.
M.Qurbanlı bildirib ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür, qondarma "erməni soyqırımı"nın təbliğatını aparmaqla Türkiyənin beynəlxalq aləmdə imicinə zərbə vurmağa çalışır. Belə olan halda ermənilərin mövcud olmayan dostluğuna abidə ucaltmaq lazım deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: