Yanvarın 6-dakı seçimlərə gələn şəxslər fevralın 4-dəki kastinqlərə dəvət edilmir
12 Yanvar 2012 Cümə Axşamı 20:12
Eurovision" Mahnı Müsabiqəsi 2012-nin İşçi Qrupu Bakıda keçiriləcək yarışma ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün ikinci kastinq keçirəcək.
". ANS PRESS-in İctimai Televiziyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, seçimlər fevralın 4-də saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində aparılacaq.
Xatırladaq ki, yanvarın 6-da keçirilən ilk kastinqlərdə 388 nəfər iştirak etmişdi. Hazırda bu şəxslərin fotolarına baxılır. Yanvarın 6-dakı seçimlərə gələn şəxslər fevralın 4-dəki kastinqlərə dəvət edilmir. Hər iki kastinqin cavabı isə fevral ayının 15-dək açıqlanacaq. Seçimlərdən keçən şəxslərlə əlaqə saxlanılacaq və onlar video çəkilişə dəvət olunacaq.
Kastinqin keçirilməsində məqsəd Eurovision Mahnı Müsabiqəsi 2012-nin tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqədə hamının yaxından iştirakına imkan yaradılmasıdır.
DOSTLARINLA PAYLAŞ: