Xocalıya ədalət beynəlxalq kampaniyası çərçivəsində bir milyona yaxın imza toplanacaq
23 Noyabr 2011 Çərşənbə 00:31
Gələn il soyqırımının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçiriləcək.
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində 2012-ci ildə bir milyona yaxın imza toplanacaq. AzərTAc xəbər verir ki, bu sözləri Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) baş katibi Elşad İsgəndərov deyib.
Baş katib vurğulayıb ki, DƏ-İKGF tərəfindən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soyqırımının 20-ci ildönümü ilə bağlı gələn il silsilə tədbirlər həyata keçiriləcək. Kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətə faciə ilə bağlı sənədli filmin təqdim olunması və 50-dək xarici ölkədə kütləvi aksiyaların keçirilməsi planlaşdırılır.
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 57 ölkədən 51-nin DƏ-İKGF-nin də üzvü olduğunu deyən E.İsgəndərov vurğulayıb ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Forum bir sıra proqramlar həyata keçirib.
DOSTLARINLA PAYLAŞ: