Xocalı soyqırımının tanınması petisiyasına səs sayı 96 mini keçib
12 Fevral 2013 Çərşənbə Axşamı 16:09
Bu günün sonuna qədər tələb olunan səsin toplanacağı gözlənilir.


Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiyaya səsvermə uğurla davam edir. Bu saatlara olan məlumata görə, tələb olunan 100 min səsdən 96 mindən çoxu toplanıb. Bu günün sonuna qədər tələb olunan səsin toplanacağı gözlənilir.

Qeyd edək ki, Ağ Evin rəsmi səhifəsində yer alan “biz xalqıq” bölməsində yerləşdirilmiş petisiya faciəsinin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidenti Barak Obamanın bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar