Xocalı Rayon İcra Hakimiyyətinin başçısı anasının məcburi köçkün düşərkən çəkilmiş fotosunu 20 il s
26 Fevral 2012 Bazar 14:39
Xocalı rayon İcra Hakimiyyətinin (RİH) başçısı Şahmar Usubov vaxtilə bu rayondan məcburi şəkildə köçkün düşmüş anasının fotosu ilə 20 il sonra təsadüfən rastlaşıb.
APA-nın məlumatına görə, Azərbaycan Milli Məclisinin foyesində Xocalı soyqırımı ilə bağlı düzənlənən fotosərgi zamanı Ş. Usubov anasının fotoşəklini digər məcburi köçkünlərin fotoları arasında görüb.

RİH başçısı APA-nın əməkdaşı ilə söhbətində anası Usubova Gülüm Şiraslan qızının Xocalıdan məcburi köçkün düşəndən 18 il sonra – 2010-cu il martın 2-də vəfat etdiyini bildirib.

26 fevral 1992-ci ildə baş verən Xocalı soyqırımı zamanı doğmalarını – beş əmisi oğlunu, iki əmisi qızını və digər yaxınlarını itirmiş Ş. Usubov anasının fotosunu görərkən kövrəlib. O, bu fotonu ilk dəfə gördüyünü bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar