Xırdalanda qardaş bacısı ilə görüşən oğlanı qətlə yetirib
05 Yanvar 2012 Cümə Axşamı 10:30
Hadisə uşaq poliklinikasının qarşısında baş verib.
Abşeron rayon Xırdalan şəhərində qətl hadisəsi törədilib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, uşaq poliklinikasının qarşısında, “Günay” restoranının yaxınlığında gənc oğlan bıçaqlanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Abşeron rayon Polis Şöbəsindən verilən məlumata görə, məlum hadisəni 1993-cü il təvəllüdlü Əmir Azər oğlu Rzayev törədib. 18 yaşlı oğlan qısqanclıq zəminində 1990-cı ildə anadan olmuş Kənan Oruc oğlu Hümbətova bıçaqla ağır xəsarətlər yetirib. 21 yaşlı K.Hümətov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, K.Hümbətov Ə.Rzayevin bacısını istəyirmiş və onlar görüşürmüş. Bacısını qısqanan Ə.Rzayev isə uşaq xəstəxanasının qarşısında bu hadisəni törədib.
Qeyd edək ki, faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: