XİN Fransaya səfərlə bağlı xəbərdarlıq edə bilər
23 Oktyabr 2010 Şənbə 15:10
Rəsmi Bakı hazırda bu ölkədəki vəziyyəti araşdırır.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hazırda Fransadakı vəziyyəti təhlil edir və bu ölkəyə səfərin təhlükəli olması ilə bağlı xəbərdarlıqla çıxış edə bilər. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.

“Əgər Fransada nəqliyyat sektorunda toqquşma və problemlər davam edərsə, XİN vətəndaşlarımıza bu ölkəyə getməyin təhlükəli olmasına dair xəbərdarlıqla çıxış edə bilər. Lakin biz ümid edirik ki, Fransadakı problemlər qısa zamanda həll olunacaq”, - deyə E.Poluxov jurnalistlərə bəyan edib.

O bildirib ki, Fransadakı Azərbaycan vətəndaşlarından hələlik hər-hansı problemlə bağlı müraciət daxil olmayıb.

Poluxovun sözlərinə görə, Fransanın hava limanlarında tətillərlə bağlı müvəqqəti reyslərin olmaması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşları bu ölkəyə avtobus və qatarlarla gedir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar