Xilasedicilərimiz Vanda dağıntılar altından daha 8 meyit çıxarıb
27 Oktyabr 2011 Cümə Axşamı 20:15
FHN-in xüsusi dəstəsi Van vilayətində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri indiyə qədər Van vilayətində apardıqları axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 52 nəfərin meyitini, 10 nəfəri isə sağ çıxarıblar.
FHN-dən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan xilasediciləri tərəfindən zəlzələ bölgəsində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 8 cəsəd tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar