Xəzəryanı ölkələrin IV sammiti keçiriləcək
17 Noyabr 2010 Çərşənbə 12:15
Sabah Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının IV zirvə toplantısı keçiriləcək.
APA-nın məlumatına görə, sammitə 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın prezidentləri qatılacaq.

Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı fikir mübadiləsinin aparılması, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsinin müzakirə olunması gözlənilir.

Dövlət başçılarının sonda Birgə Bəyannamə, əməkdaşlıq və təhlükəsizlik haqda iki saziş imzalayacaqları nəzərdə tutulur.

Qeyd edək ki, sammit iştirakçılarından biri - İran prezidenti Mahmud Əhmədinejad artıq Azərbaycandadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar