Xəzəryanı dövlətlər ortaq məxrəcə gələ bilməyib
25 Fevral 2011 Cümə 22:01
Ekspertlər səviyyəsində görüşün vaxtını müəyyənləşdirmək mümkün olmayıb.
Xəzəryanı ölkələrin dövlət başçılarının noyabrın 18-də Bakıda keçirilən sammitində Xəzərin hüquqi statusu ilə bağlı açıq qalmış məsələlərin həll olunması üçün yeni təkliflərin hazırlanmasına 3 ay vaxt verilsə də, buna nail olunmayıb. Tərəflər bu müddət ərzində ekspertlər səviyyəsində görüşün vaxtını müəyyənləşdirə bilməyib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, növbəti sammit Moskvada keçirilməlidir: “Xəzərin hüquqi statusu ilə bağlı açıq qalmış iki məsələnin müzakirə olunması üçün 3 ay vaxt verilmişdi. Yəni nərə balıqlarının ovuna 5 illik moratoriumun qoyulması və milli zonların 24-25 mil təyin olunmasına 3 ay vaxt qoyulmuşdu”.

Xələf Xələfovun sözlərinə görə, əslində bunu sammiti qəbul edən tərəf etməli idi. “Biz bu məqsədlə iki tarix irəli sürmüşdük. Birinci dəfə biz bu tarixin yanvarda olmasını bəyan etmişdik, lakin çox təəssüf ki, o tarixi bütün tərəflər qəbul etmədi. İkinci tarixi isə martın 7-ə təyin etdik, amma bu da tərəflər tərəfindən təsdiqlənmədi”,- deyə nazir müavini əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar