Xəzərin statusu ilə bağlı növbəti danışıqlar sentyabra kimi baş tutacaq
10 İyul 2012 Çərşənbə Axşamı 12:04
Bunu jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xəzər dənizinin statusu ilə bağlı danışıqlar prosesi davam edir. Növbəti görüşün Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi gözlənilir. AzərTAc xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, görüş sentyabr ayınadək baş tuta bilər. Xarici işlər nazirinin müavini bildirib ki, beştərəfli formatda keçirilən danışıqlarda ümumi məsələlər müzakirə edilir, statusla bağlı Konvensiya layihəsi üzərində iş aparıldığını bildirib.

Bundan əlavə, həm Türkmənistan, həm də İranla ikitərəfli formatlarda müzakirələr də qüvvədə qalır. Bu sahədə nümayəndə heyətlərinin fəaliyyəti davam etdirilir. Xəzərin statusu ilə bağlı danışıqların potensialı hələ tükənməyib və məsələnin həll edilməsi üçün bu potensialdan istifadə ediləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar