Xəzərin statusu ilə bağlı mövqedə yaxınlıq var
17 Noyabr 2009 Çərşənbə Axşamı 15:30
Xəzərin statusu ilə bağlı mövqedə yaxınlıq var. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Rusiya və Qazaxıstan, Xəzər dənizinin hüquqi statusu ilə bağlı mövqeyində yaxın və uyğun gələn mövqelərə malikdirlər". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada qazax həmkarı ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Xəzərə dənizinin danışıqlarında müəyyən proqres var. Bir çox aspektlərdən Xəzərin statusu ilə bağlı bizim mövqelərimiz yaxındır və bir-birinə uyğun gəlir. Biz danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəlmişik”, deyə S. Lavrov bildirib.

Öz növbəsində Qazaxıstan xarici işlər naziri Kanat Saudabayev rusiyalı həmkarının sözlərini təsdiqləyib. “Prinsipcə, bizim mövqelərimizdə fikir ayrılığı yoxdur”, deyə o qeyd edib.

S. Lavrov həmçinin deyib ki, Moskva Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi prosesində heç bir böhran görmür. “Biz Xəzərin hüquqi statusu ilə bağlı heç bir böhran görümürük”, deyə S. Lavrov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar