Xəzər sahilində silah-sursat aşkarlanıb
18 Fevral 2010 Cümə Axşamı 22:00
Xəzər sahilində silah-sursat aşkarlanıb. Astara polisi araşdırma aparır.
Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xeyli silah-sursat aşkarlanıb. Daxil olan əməliyyat məlumatı əsasında şəhərin dənizkənarı ərazisində keçirilən əməliyyat zamanı 1 ədəd karabin tipli ov silahı, 2 ədəd F1 əl qumbarası, 1 ədəd makarov tipli tapança üçün sandıq və 120 ədəd döyüş patronu aşkar edilərək götürülüb.

Astara polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı Kərəm Quliyevin verdiyi məlumata görə, aşkar olunan döyüş sursatının hər hansı bir cinayətdə istifadə olunub olunmaması, həmin silahların döyüşə yararlı olub olmamasının müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza keçiriləcək.

Aşkar olunan silahlar DİN-in anbarına təhvil veriləcək. Hazırda faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar