Xələf Xələfova “Əməkdar hüquqşünas” fəxri adı verildi
17 Sentyabr 2009 Cümə Axşamı 23:35
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfova “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adın verilməsi ilə bağlı sərəncam imzalayıb. X.Xələfov bu ada iştirakçısı olduğu ikitərəfli və çoxtərəfli müqavilələrin hazırlanması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Xələf Xələfov 1959-cu ilin sentyabrın 21-də Ermənistanda anadan olub. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində işləyib. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olub.
1997-ci ildən indiyə kimi Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsində çalışır.
Evlidir. İki övlad atasıdır.
DOSTLARINLA PAYLAŞ: