Xəbərdarlıq: hava kəskin dəyişəcək
28 Fevral 2012 Çərşənbə Axşamı 12:20
Martın ilk günləri Azərbaycan ərazisində hava yağıntılı olacaq.
Martın 1-dən 3-dək Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək və temperatur 5-7 dərəcə enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, martın ilk günləri Azərbaycan ərazisində hava yağıntılı olacaq.
Bakıda və Abşeron yarımadasında martın 1-i axşamdan başlayaraq martın 3-dək fasilələrlə yağış yağacaq, güclü şimal küləyi əsəcək. Martın 1-də Bakıda havanın temperaturu gündüz saatlarında 3-6 dərəcə isti olacaq.
Bu müddətdə Azərbaycanın əksər ərazilərində də temperatur xeyli düşəcək və yağış yağacaq.
Tağıyeva bildirib ki, sabah isə bu günlərdə hökm sürən hava şəraiti davam edəcək.
Ölkə ərazisində mülayim isti hava şəraiti davam edəcək, hava əsasən yağmursuz olacaq. Temperatur rejimi iqlim normasından əsasən yüksək olacaq.
Bakıda və Abşeron yarımadasında fevralın 29-da gündüz saatlarında 11-16 dərəcə isti olacaq. Aran rayonlarında 13-18, dağlarda 3-8 dərəcə isti gözlənilir.
U.Tağıyevanın sözlərinə görə, hazırda temperatur iqlim normasından 3 dərəcəyədək yüksəkdir.
DOSTLARINLA PAYLAŞ: