Xankəndiyə hansı həyacanlı siqnal gəlib?
25 Avqust 2009 Çərşənbə Axşamı 20:30
Dağlıq Qarabağda hərbçilərin gizli iclası keçirilib
Ermənistanın “Tert.am” agentliyinin məlumatına görə, dünən separatçı Qarabağ ordusunun yüksək rütbəli hərbçilərinin gizli iclası keçirilib. Mənbənin yazdığına görə, iclas zamanı hansı məsələlərin müzakirə olunduğunu bəlli deyil. Təkcə o məlum olub ki, iclasın sonunda erməni hərbçiləri qayğılı görünüb.
“İclas iştirakçılarının hamısı iclas başa çatan kimi öz hərbi hissələrinə yollanıblar. Alay komandirləri isə hərbi düzülüşə dayanıblar. Bu, tezliklə Dağlıq Qarabağ "ordusu"nda həyəcan siqnalının veriləcəyindən yaxud hərbi dildə desək hərbi səfərbərliyin elan olunacağından xəbər verir”, -deyə məlumatda qeyd edib.
Bu yazıdan belə bir qənaətə gəlmək olar ki, Dağlıq Qarabağ separatçıları hansısa həyacanlı xəbər alıblar. Bu xəbərin mahiyyəti barədə konkret heç nə bilinmədiyi üçün Xankəndiyə gələn siqnal barədə yalnız fərziyyələr irəli sürmək olar.
DOSTLARINLA PAYLAŞ: