Xankəndi aeroportu üçün avadanlıqlar Türkiyədən alınır
23 İyun 2011 Cümə Axşamı 07:09
Adbaşyan bunun Avropadan alınacaq hər hansı bir avadanlıqdan çox-çox ucuz olduğunu vurğulayıb.
“Xankəndi hava limanı üçün lazım olan avadanlıqların əksəriyyəti Türkiyədən alınır”. Bunu, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası mülki aviasiya idarəsinin sədri Dmitri Adbaşyan “news.am” müxbirinə deyib. Adbaşyan metal tor hörmək üçün lazım olan dəzgahı türk şirkətindən aldıqlarını, bunun onlar üçün sərfəli olduğunu bildirib: “Biz Türkiyənin “Demirci Makina” sənaye və ticari Ltd. şirkətindən “Stepanakert” (Xankəndi) aeroportu üçün metal tor hörmə dəzgahı aldıq. Bu, maliyyə baxımından bizim üçün sərfəli idi”.
Adbaşyan bunun Avropadan alınacaq hər hansı bir avadanlıqdan çox-çox ucuz olduğunu vurğulayıb.
Türkiyə Xarici işlər Nazirliyi rəsmisinin, “bunun daxili siyasi mənfəətlərə zərbə olacağı” istiqamətində verdiyi bəyanata isə Adbaşyan məsuliyyəti Türkiyə XİN rəsmilərinin üstünə ataraq cavab verib: “Bu Türkiyə Xarici işlər nazirliyində narahatlıq yaradırsa bunu şirkətləri ilə öz aralarında açıqlığa qovuşdursunlar. Bizimlə nə əlaqəsi var ki?” ANSPRESS
DOSTLARINLA PAYLAŞ: