Xankəndi aeroportu NATO koalisiyasına xidmət edə bilər?
31 Yanvar 2013 Cümə Axşamı 13:42
Rusiya portalı Azərbaycan ərazisindəki bu hava limanının Əfqanıstandan çıxan qüvvələrin işinə yarayacağını düşünür.
"Regnum" informasiya agentliyi Qay Borisov adlı müəllifin Xankədi hava limanı barədə maraqlı bir məqaləsini dərc edib. ANS PRESS məqaləni müəyyən ixtisarla dərc edir:
…Xankəndi hava limanı artıq 20 ildən çoxdur ki, yəni Qarabağda geniş miqyaslı müharibə başlayandan fəaliyyətsizdir. Keçən ilin əvvəlində onun yenidən qurulması başa çatdı və erməni tərəfi tezliklə uçuşların başlaması barədə danışmağa başladı. Bu, rəsmi Bakı tərəfindən kəskin reaksiya ilə qarşılandı, buradan Azərbaycanın hava məkanını pozacaq istənilən təyyarəni vurmaq barədə vədlər səsləndirildi. Bu təhdidlər permanet səciyyə aldı və Ermənistan prezidenti Serj Sarqsyan isə bəyan etdi ki, İrəvandan Xankəndiyə gedən ilk reysin sərnişini olacaq. Buna baxmayaraq, Azərbaycan bu yaxınlarda Qarabağ üzərində mülki təyyarələri vurmağa imkan verən qanun qəbul elədi… Hər nə isə, artıq bir ildən çoxdur ki, istismara hazır olan hava limanı boş dayanır, tərəflər isə bir birlərinə təhdid və günahlandırmalar yağdırırlar.
Bütün bu durum yetərincə qəribə görünə bilər. Ermənistan Dağlıq Qarabağdakı bu hava limanının bərpasına yetərincə çox məbləğ yatırıb və bunu yerli əhalinin ehtiyacları ilə əlaqələndirir. Ancaq Dağlıq Qarabağın əhalisi 150 mindən artıq deyil, həmçinin Xankəndindən İrəvana avtomobillə 5-6 saata getmək mümkündür. Hətta rəsmi mənbələrə görə, həftədə bir-iki reysdən artıq uçuş təşkil etmək planlaşdırılmır. Yəni layihə tamamilə zərərlidir, böyük sosial önəmi olmadığı da açıqca görünür. Başqa tərəfdən, əgər bu reysi yerinə yetirən laynerin vurulmaq şansı varsa, kim Ermənistandan Qarabağa uçmağa risk edər? Burası aydındar ki, hətta beynəlxalq vasitəçilər uçuşların təhlükəsizliyinə zəmanət versələr belə, uçmaq istəyən tapılmayacaq. Təbii ki, Bakıdan Xənkəndi tərəfə uçmaq istəyən sərnişinlər üçün rəsmi səviyyədə zəmanət almadan belə sərnişinləri tapmaq asan olmayacaq. Yalnız ekstremal əyləncə həvəskarları buna gedə bilər.
Hesab olunur ki, Xankəndi hava limanının bərpası Qarabağın de-fakto müstəqilliyinin növbəti sübutu ola bilər və buna görə də Bakı bu cür barışmaz mövqe tutur. Amma Minsk qrupunun həmsədrləri dəfələrlə bəyan ediblər ki, bu məsələ heç cür diyarın statusuna təsir göstərə bilməz.
Ekspertlər öz növbəsində qeyd edirlər ki, təmirdən sonra ağır nəqliyyat təyyarələrini qəbul etməyə qadir olan hava limanı beynəlxalq sülhməramlı qüvvələr üçün baza ola bilər…
Yeri gəlmişkən, bu gün tez-tez işarə vururlar ki, Xankəndi hava limanı yaxın perspektivdə çox vacib bir rol oynaya bilər. Söhbət 2014-cü ildə Əfqanıstandan beynəlxalq koalisiyanın qoşunlarının çıxarılmasından gedir. Yada salaq ki, Əfqanıstanda əməliyatlara başlanılmasının başlanğıcında koalisiya qüvvələrinin fasiləsiz nəqliyyat əlaqəsi ilə təmin edilməsi problemi NATO-nun əsas baş ağrılarından idi. Pakistan ərazisi ilə tranzit dəfələrlə müxtəlif səbəblər üzündən pozulub. Yada salaq ki, bu marşrut 2001-ci ilin payızından 2012-ci ilin payızına kimi Pakistanı əhatə etmiş etirazlar üzündən boş dayanmışdı…
Buna görə də 2004-cü ilin yayında İstanbulda NATO ölkələrinin liderlərinin sammitində Əfqanıstandakı koalisiya qoşunlarının təchiz edilməsi yollarının maksimum mümkün şaxələndirilməsi prosesinə başlanıb. Bunun nəticəsində bəllidir ki, bu marşrutlar Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Azərbaycanın hava məkanından və ərazisindən keçir. Yeri gəlmişkən, hazırda rəsmi Bakı beynəlxalq koalisiya üçün nəzərdə tutulmuş yüklərin üçdə birinin onun ərazisindən keçdiyini iddia edir…
Əfqanıstandakı koalisiya qüvvələrinin kommunikasiyası xəritəsi göstərir ki, bütün mövcud marşrutlar Ermənistandan yan keçir. Əgər Xankəndindəki yeni hava limanı geri çəkilən koalisiya qüvvələri üçün yükötürmə bazasına çevrilərsə, bu "çatışmazlıq" aradan qadldırılar. Məsələnin "kommersiya komponenti" həm Azərbaycan, həm də Ermənistan tərəfləri üçün mövqe formalaşdırılmasında müəyyən rol oynaya bilər. Amma burada daha aydın bir siyasi amil də var. Qarabağ və Ermənistandan koalisiya qüvvələri qüvvələri Türkiyəyə doğru yönəlməlidirlər ki, bununla da yenidən Vaşinqton tərəfindən lobbilşdirilən Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi gündəmə gələ bilər. Təbii ki, kolalisiya qüvvələrinə xidmət edən marşrutlar sırasına "erməni tranziti" də daxil edilsə, bu, Cənubi Qafqazdakı gərginliyi yetərincə aşağı sala bilər. Bundan başqa, bölgədə qərb koalisiyası ölkələrinin, xüsusilə də ABŞ-ın təsiri güclənər…
DOSTLARINLA PAYLAŞ: