Günəş şüalanması dəri və göz melanomiyasının yaranmasına səbəb olur. Xərçəng xəstəliyinin öyrənilməsi üzrə beynəlxalq agentlik (XÖBA) bilidirib ki, solyarinin mümkün dərəcədən maksimum dərəcəyə kimi tütün və spirtli içkilərlə eyni səviyyədə qəbul olunması xərçəngin yaranma təhlükəsi səviyyəsini artırır.
Bu barədə XÖBA tədqiqatçılarından biri Vinsent Koqliano bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının(ÜBT) bir hissəsi olan XÖBA-nın tədqiqatlarının nəticələri sübut edib ki, süni ultrabənövşəyi şüaların qəbulu əhəmiyyətli dərəcədə bədxassəli şişlərin inkişafı təhlükəsini artırır.
Bir sözlə solyarilərdən istifadə insanlarda xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Britaniya tibbi Lancet Oncology jurnalında qeyd edilib ki, əgər insan 30 yaşından etibarən qaralmaq üçün süni cihazlardan istifadəyə başlayırsa, bu xərçəngin ən ölümcül növlərindən biri- melanomun inkişaf təhlükəsini 75% artırır.
Xəstəliyin əlamətləri:
Nevus ( xal və ya dəridə piqment ləkə) hissəsində qaşınma
Nevusun səthindən saçların tökülməsi
Rəngin dəyişməsi
Yara basma
Nevusun ölçüsünün böyüməsi
Xalın ümumi görünüşünün dəyişməsi
Nevus hissəsində dərinin cızıqlığının itməsi
Nevus səthindən qanaxma
Düyünlərin əmələ gəlməsi
Qeyd edək ki, melanoma (ing. Melanoma, malignant melanoma ) – melaninini yaradan melanositlərdən- piqment hüceyrələrindən inkişaf edən bədxassəli şişlərdir. Əsasən dəridə, bəzi hallarda isə gözün selikli qişasında (ağız boşluğunda, düz bağırsaq, uşaqlıq yolunda) rast gəlinir.
Bu xəstəliklə bağlı qeydiyyata alınanaların sayı hər il artır. ÜST-nın məlumatlarına əsasən, dünyada hər il 48 000 nəfər melanomiyadan vəfat edir. /ANSPRESS/