Xanım nazir karate üzrə çempion oldu
10 Mart 2010 Çərşənbə 13:25
Fransanın ekologiya naziri Şental Juanno 12-ci çempionluğunu rəsmiləşdirib
Fransanın ekologiya naziri Şantal Juanno karate üzrə ölkə çempionu olub. Bu, nazirin sayca 12-ci çempionluq tituludur.
Şantal Juanno 13 illik fasilədən sonra yenidən tatamiyə dönüb. Nazir özü çempion olmasını ictimaiyyətdən gizlətmək istəsə də, sonda bütün dünya xanım idmançının uğurundan xəbər tutub.
Xatırladaq ki, Şantal Juanno Fransa prezidenti Nikola Sarkozinin yaxın tərəfdarlarından sayılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: