Xalq Hüsnü Mübarəyin səmimiliyinə inanmır
02 Fevral 2011 Çərşənbə 03:10
Nümayişçilərin cümə günü saraya doğru keçirəcəyi yürüş qərarı qüvvədədir
Misirin paytaxtı Qahirə şəhərindəki Təhrir meydanda ölkə prezidentinin istefası üçün aksiya keçirən 2 milyona yaxın nümayişçi Mübarəyin çıxışının səmimiliyinə inammır. Nümayişçilərdə xəyal qırıqlığına səbəb olan bu açıqlamanı xalq “sövdələşəmə üçün vaxt qazanmaq” cəhdi kimi qiymətləndirir. Məlumata görə, Mübarəyin həm istefasını, həm də ölkəni tərk etməsini tələb edən nümayişçilərin cümə günü saraya doğru keçirəcəyi yürüş qərarı qüvvədədir. Qeyd edək ki, xalq tərəfindən istefası tələb olunan Hüsnü Mübarək “Əl Ərəbiyyə” telekanalında çıxış edrək sentyabra qədər vəzifəsinin icrasına davam edəcəyini, növbəti prezident seçkisində namizəd olmayacağını açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar