Wikileaks Q.Vestervelleni istefaya göndərdi
03 Dekabr 2010 Cümə 10:35
Məhz bu saytın məlumatları Qido Vestervellenin işdən qovulmasına səbəb olub
Bütün dünyada qalmaqala səbəb olan “WikiLeaks” saytının fəaliyyəti artıq öz nəticələrini verir. Saytın yaydığı məlumatla əlaqədar Almaniyanın xarici işlər naziri Qido Vestervelle istefaya göndərilib.

Alman KİV-lərinin verdiyi xəbərə görə, “WikiLeaks” saytının yaydığı məlumatlardan aydın olub ki, Helmut Metsner adlı şəxs alman siyasətinin pərdə arxası hadisələri barədə Birləşmiş Ştatların xüsusi xidmət orqanlarını məlumatlandırırmış. O, 2009-cu ilin oktyabrında Almaniyadakı sonuncu parlament seçkisindən sonra hökumətin formalaşdırılması haqda məlumatları, bir başa ABŞ-ın Berlindəki səfirliyinə çatdırırmış.


DOSTLARINLA PAYLAŞ:

oyunlar