WikiLeaks yaradıcısı Türkiyə baş nazirini geridə qoydu
14 Dekabr 2010 Çərşənbə Axşamı 20:25
"Time" jurnalı keçirdiyi "İlin adamı" sorğusunda birinciliyi Culian Assanj ələ alıb
Amerikanın “Time” nəşrinin hər il oxucuları arasında keçirdiyi “İlin adamı” sorğusunda birinciliyi "WikiLeaks" internet saytının yaradıcısı Culian Assanj ələ alıb. O hətta Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı da geridə qoyub. KİV-in məlumatına görə, Assanja 382 min 23 nəfər səs verib, Ərdoğan isə 233 min 638-də qalıb. Siyahıda üçüncülüyü 46, 378 səslə məşhur müğənni Lady Qaqa əlində saxlayır.
Səsverməyə görə, ABŞ prezidenti Barak Obama 6, “Apple” şirkətinin yaradıcısı Stiv Cobs 7, çilili mədənçilər 8, “Facebook”un yaradıcısı Mark Zukerberq isə 10-cu sırada yer alıb.
Qeyd edək ki, “WikiLeaks” məxfi materialları yayımlanmadan öncə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan “Time”ın apardığı sorğuda lider olub. Lakin “Time”da oxuyucular tərəfindən müəyyən edilən “İlin adamı” jurnalın redaktorlarının müəyyən etdiyi şəxslərdən fərqli ola bilir. Buna görə də “Time” redaktorlarının sabah televiziyada yayımlanacaq “Good Morning America” proqramında adı çəkiləcək “İlin adamı” Assanj da olmaya bilər.
Bu isə “Time” jurnalı redaktorlarının “İlin adamı” mükafatına namizəd göstərdikləri şəxslər:
Culian Assanj
Qlenn Bek
David Kameron
The Chilean Miners
Arne Dunkan
Rəcəb Tayyib Ərdoğan
Conatan Franzen
Lady Qaqa
Robert Qeyts
Toni Hayvard
Hu Tzintao
LeBron Ceyms
Stiv Cobs
Hamid Kərzai
David and Çarles Koç
Liu Xiaobo
Barak Obama
Sara Peylin
Nensi Pelosi
İmam Feysal Abdul Rauf
Mark Zukerberq
DOSTLARINLA PAYLAŞ: