“Wikileaks” saytı kimin icazəsi ilə fəaliyyət göstərir?
30 Noyabr 2010 Çərşənbə Axşamı 05:05
Rəsmi Vaşinqton bu yolla dünya ictimaiyyətinə vermək istədiyi mesajı çatdırır
Türkiyə xüsusi xidmət orqanı “MİT”-in (Milli İstixbarat Təşkilatı) sabiq əməkdaşı professor Mahir Kaynak son günlər dünyanın gündəmində olan “Wikileaks” saytının ABŞ-ın icazəsi ilə fəaliyyət göstərdiyini iddia edib. Belə məxfi sənədlərin ABŞ-ın xəbəri olmadan yayılmasının mümkün olmadığını deyən Kaynak Vaşinqtonun narahatlıq hiss etdiyi məsələlərdə bu yolla dünya ictimaiyyətinə və liderlərinə istiqamət vermək məqsədi daşıdığını bildirib. “Bu sənədlər yayılırsa onlara məxfi demək çox mənasızdır. Prosesin inkişafı belədir. Əvvəl sənədlərin üstündən məxfilik götürülür, daha sonra da ictimaiyyətə istədikləri kimi əks etdirilir”.

Bu cür məxfi sənədləri mətbuata sızdıranların həbs olunduğunu, hətta edama məhkum olunacağını deyən Mahir Kaynak, əks təqdirdə cəsusluq deyə bir quruma ehtiyac olmayacağını deyib. Sabiq “MIT”-çi bu işə ABŞ-ın birbaşa nazərət etdiyini və dünya ictimaiyyətinə istədiyi məsajı bu yolla çatdırdığını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar