"WikiLeaks": “Rusiya hakimiyyəti Azərbaycanı şantaj edib”
    01 Dekabr 2010 Çərşənbə 10:20
    Sayt Dmitri Medvedevin Azərbaycanın qarşısına şərt qoyduğunu iddia edir
    
                	 
    
         Bu gün dünya kütləvi informasiya vasitələrində “WikiLeaks” saytının Rusiya-Azərbaycan münasibətləri ilə bağlı daha bir məlumatı yayılıb. ANS PRESS-in “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, məlumatda Rusiya prezidenti Dmitri Medvedevin azərbaycanlı həmkarına yazdığı məktubun mətnindən bəhs olunur.
 
 “WikiLeaks”ın ABŞ Dövlət Departamentinin məlumatına əsasən açıqladığı məktub mətnində 1930-cu illərdə Ukraynada baş verən aclığın Azərbaycanda soyqırım kimi tanınmasının yolverilməz olduğu bildirilir. Rusiya lideri bəyan edib ki, əks halda Azərbaycan “Dağlıq Qarabağı həmişəlik unuda bilər”.
DOSTLARINLA PAYLAŞ: