WikiLeaks rəhbərinin İsveçə ekstradisiyası qərarı ikinci dəfə nəzərdən keçirilir
12 İyul 2011 Çərşənbə Axşamı 16:02
London Ali məhkəməsi 2 günlük dinləmələrə başlayıb.
London Ali məhkəməsi WikiLeaks saytının rəhbəri Culian Assanjın İsveçə ekstradisiyası qərarı ilə bağlı şikayət ərizəsini nəzərdən keçirməyə başlayıb. 2 gün davam edəcək dinləmələrin sonunda appelyasiya təxirə salınsa, Culian Assanjın əlində işlətmədiyi daha bir ehtiyyatı qalacaq. Bu da Böyük Britaniyada bu yaxınlarda yaradılmış Ali Məhkəməyə müraciət olacaq.
Mübahisəli internet layihəsinin yaradıcısı bir sıra zorlama faktlarında ittiham olunduğu İsveçə ekstradisiya halında, sonda onu məhkəmə və mümkün ölüm cəzası hökmünün gözlədiyi ABŞ-a təhvil veriləcəyindən ehtiyyatlanır.
Xatırladaq ki, Culian Assanjın işi bir neçə aydır davam edir və fevralda Böyük Britaniya məhkəməsi onun İsveçə təhvil verilməsi üzrə müsbət qərar çıxarmışdı. İşə baxıldığı müddətdə 240 min funt sterlinqə zaminə buraxılan Culian Assanj əvvəlkitək İngiltərənin şərqindəki evdə yaşayır. O, bu müddət ərzində vəkil komandasını dəyişib. anspress
DOSTLARINLA PAYLAŞ: