Wikileaks iqtisadi embarqo ilə üzləşib
06 Dekabr 2010 Bazar Ertəsi 01:45
Oxucuların maliyyə dəstəyini saytın hesabına köçürən “PayPal” hesabı dondurulub
Oxucularının könüllü olaraq bağışladığı maliyyə yardımlarının sayəsində fəaliyyət göstərən “Wikileaks” saytı embarqo ilə üzləşib. Belə ki, bağışlanan pulları on-line sistemlə sayta transfer edən “PayPal” şirkəti sayta aid hesabı bağlayıb. Şirkət bu barədə verdiyi açıqlamada “Wikileaks”in “PayPal ödəniş sistemindən qeyri-leqal fəaliyyətlərdə istifadə etmək olmaz” qaydasını pozduğunu bildirib. Qeyd edək ki, “Wikileaks”in hesabına pul köçürmək istəyənlər 4 dekabr səhər radələrindən etibarən “Alıcı hal-hazırda yardımlarınızı qəbul etmir” – mesajı ilə qarşılaşır.

Bu barədə anket keçirən İngiltərənin “The Guardian” qəzeti “İndi imkanın olsa “Wikileaks”ə maliyyə dəstəyi verərsən?” – sualı ilə oxucularına müraciət edib. Oxucuların 86.7 faizi bu suala bəli, 13.3 faizi isə xeyr cavabı verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar