“WikiLeaks”in ABŞ diplomatiyasına yeni iddiaları
29 Noyabr 2010 Bazar Ertəsi 04:40
ABŞ xarici siyasət idarəsində Əgmədinejata “hitler”, Əhməd Davudoğluna isə “dəli” deyilirmiş
Yayımladığı dövlət əhəmiyyətli məxfi sənədlər qalmaqala səbəb olan “WikiLeaks” saytı yeni məlumatlarla dünyanın gündəmindədir. Oxucularına bir çox məxfi məlumatları çatdıran saytın nümayiş etdirdiyi son sənədlər ABŞ-ın xarici münasibətlərində problemlər yaradacaq. Sayt ABŞ Xarici işlər nazirliyinin daxili yazışmalarda dünya liderləri üçün müxtəlif adlardan istifadə etdiyini iddia edib.
Belə ki, sayt Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın “inadçı”, “perfeksionist” və “zülmkar olmayan”
TC Xarici işlər naziri Əhməd Davidoğlunun “dəli”
İran prezidenti Mahmud Əhmədinejatın “hitler”
Fransa prezidenti Nikolya Sarkozinin “çılpaq kral”
Almaniya kansleri Anqela Merkelin “teflon”
Əfqanıstan prezidenti Həmid Kərzayın “paranoya”
Rusiyanın baş naziri Vladimr Putinin “alfa kişisi”
Rusiya prezidenti Dmitri Medvedevin “qorxaq və utancaq”
İtaliya prezidenti Silvio Berluskoninin “çılğın ziyafətləri xoşlayan” - adlandırıldığını iddia edib.
DOSTLARINLA PAYLAŞ: