“WikiLeaks”in fəaliyyəti dayandırıldı
03 Dekabr 2010 Cümə 14:11
Sayt bu gün səhər saatlarından etibarən istifadəçilər üçün əlçatmaz olub
ABŞ Dövlət Departamenti və Pentaqonun məxfi materialları yerləşdirilən “WikiLeaks” saytı fəaliyyətini dayandırıb. Sayt bu gün səhər saatlarından etibarən istifadəçilər üçün əlçatmaz olub.

“Twitter” sosial şəbəkəsində "WikiLeaks" domeninin “ABŞ-ın EveryDNS.net adlı servisi vasitəsilə öldürüldüyü” məlumatı yayılıb. “WikiLeaks” bunu sayta DDOS hücumlarla əlaqələndirib.

“EveryDNS.net”in saytında da qeyd edilir ki, “WikiLeaks”a dekabrın 2-nə kimi DNS adresi verib və hazırda servisin qaydalarına uyğun olaraq xidmət dayandırılıb.

Qeyd edək ki, “Amazon” şirkəti də dünən “Wikileaks.org” saytına server xidməti göstərməyi dayandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar