Vodafone Qatar Karabakh Telecom ilə rouminq müqaviləsini ləğv edib
30 Yanvar 2013 Çərşənbə 15:14
Azərbaycan səfirliyi "Vodafone Qatar" şirkətinin nümayəndələri ilə də görüş keçirib.
Qətərin "Vodafone Qatar" mobil operatorunun Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telekom" şirkəti ilə rouminq müqaviləsinin olduğu müəyyən olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar məsələ Azərbaycanın Qətər Dövlətindəki səfirliyi tərəfindən bu ölkənin Xarici İşlər Nazirliyi və İnformasiya və Kommunikasiya Texnologiyaları Ali Şurası qarşısında qaldırılıb və rouminq müqaviləsinin ləğvi istənilib.

Səfirlik "Vodafone Qatar" şirkətinin nümayəndələri ilə də görüş keçirib, Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişənin doğurduğu nəticələr, işğal faktı haqqında məlumat verib.

Həyata keçirilmiş tədbirlər və göstərilmiş səylər nəticəsində "Vodafone Qatar" şirkətinin rəhbərliyi "Karabakh Telekom" şirkəti ilə rouminq müqaviləsinin 2012-ci ilin oktyabr ayından etibarən ləğv edildiyini təsdiqləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar