Venesiya Komissiyasında Azərbaycan bağlı iki qərar qəbul olunub
11 Dekabr 2009 Cümə 18:45
Bakı. Viktoriya Dementyeva-APA. Venesiya Komissiyasının bu gün keçirilən 81-ci plenar sessiyasında Azərbaycanla bağlı iki qərar qəbul olunub.
Venesiya Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk qərar “Məhkəmələrin fəaliyyəti barədə məlumat alınması haqqında” qanun layihəsinə aiddir. Bununla bağlı sorğu Venesiya Komissiyasına iyulun 3-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən göndərilib. Venesiya Komissiyası bu qərara gəlib ki, qanunun bəzi müddəaları deklarativ xarakter daşısa da, layihə ümumilikdə ictimaiyyətin informasiyaya çıxışına dair Avropa standartlarına uyğundur. İkinci qərar isə “Bələdiyyələrin statusu haqqında” qanuna əlavələr haqqında qanun layihəsi ilə bağlı çıxarılıb. Venesiya Komissiyası bu qərara gəlib ki, təqdim olunan qanun layihəsi məhdud xarakter daşıyır və qanuna yalnız 3 yeni maddə daxil edilib. Qərara qeyd olunur ki, “bələdiyyələrin fəaliyyətinə nəzarət edən dövlət orqanlarına geniş səlahiyyət verilib ki, bu da yerli idarəetmə haqqında Avropa Xartiyasında nəzərdə tutulmuş proporsionallıq prinsiplərinə tam uyğun gəlmir”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar