Venesiya Komissiyası Gürcüstanı tələsməməyə çağırdı
10 Oktyabr 2010 Bazar 03:30
Komissiya rəsmi Tiflisdən Konstitusiya dəyişikliyini təxirə salmağı xahiş edib.
Avropa Şurasının Venesiya Komissiyası Konstitusiya dəyişikliklərini etməzdən əvvəl onun yekun tövsiyyələrini gözləməyə və dərindən araşdırmağa çağırıb. Gürcüstan parlamenti oktyabrın 12-də Konstitusiya dəyişiklilərini üçüncü oxunuşda qəbul etməyə hazırlaşır. Venesiya Komissiyası isə dəyişikliklərlə bağlı yekun tövsiyyələrini hələ bir neçə gün sonra açıqlamağı planlaşdırır.
Planlaşdırılan Konstitusiya dəyişiklikləri prezidentin səlahiyyətlərinin əhəmiyyətli dərəcədə azaldılmasını, bunun əvəzində isə baş nazirə əlavə səlahiyyətlər verilməsini nəzərdə tutur. Prezident Mixail Saakaşvilinin tərəfdarları isə onu dəyişikliklər hesabına öz hakimiyyətini qorumaq cəhdlərində ittiham edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: