Vaşinqtonun meri "Qara Yanvar" bəyannaməsini imzalayıb
22 Yanvar 2011 Şənbə 10:35
Vinsent Qrey ABŞ paytaxtının sakinlərini "Qara Yanvar" hadisələrinin qurbanlarını anmağa çağırıb
Səlahiyyətlərinə yeni başlayan ABŞ paytaxtının meri Vinsent Qrey Azərbaycanda 1990-cı il yanvarın 20-də baş verən faciəvi hadisələri anmaq məqsədi ilə bəyannamə imzalayıb.

Sənəddə bildirilir ki, bu il yanvarın 20-də bütün Amerika azərbaycanlıları "Qara Yanvar"-ın 21-ci ildönümünü qeyd ediblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana hücum edilib. Təcavüzkarlara qəhramancasına müqavimət göstərərkən yüzlərlə azərbaycanlı həlak olub və yaralanıb. Azərbaycanlılar üçün bu faciəvi hadisələr ölkənin müstəqilliyinə aparan yolun bir hissəsi olub.

Vaşinqtonun meri ABŞ paytaxtının sakinlərini "Qara Yanvar" hadisələrinin qurbanlarını anmağa çağırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar