Vaşinqton Qırğızıstandakı iğtişaşlara son qoymağa çağırdı
13 İyun 2010 Bazar 03:55
Dövlət Departamenti Qırğızıstandakı amerikalılara ehtiyatlı olmağı tövsiyyə edib.
ABŞ Dövlət Departamenti Qırğızıstanda asayişin tezliklə bərpasına çağırıb. Birləşmiş Ştatların xarici siyasət idarəsi BMT və ATƏT-in himayəsi ilə vəziyyətin normallaşması üçün göstərilən səylərə dəstəyini də ifadə edib.

ABŞ dövlət katibinin köməkçisi Filip Krouli Qırğızıstadakı hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “ABŞ Qırğızıstan Respublikasındakı hadisələri diqqətlə izləyir. Biz Oş şəhərində, eləcə də etnik zəmində çaxnaşmaların baş verdiyi hər yerdə ictimai asayişin təzliklə bərpasına və barışığın bərpasına çağırırıq”. Bəyaatda bildirilir ki, Birləşmiş Ştatlar sabitlik və asayişin bərqərar olması, zorakılıq və iğtişaşların qurbanlarına humanitar yardım göstərilməsi istiqamətində BMT və ATƏT tərəfindən əlaqələndirilən səyləri dəstəkləyir.

Bundan başqa, ABŞ Dövlət Departamenti Qırğızıstandakı amerika vətəndaşlarını Birləşmiş Ştatların Bişkəkdəki səfirilyi ilə əlaqə saxlamağa və diplomatik nümayəndəliyin informasiyalarını izləməyə çağırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar