Varşavada Şərq tərəfdaşlığı ölkələrinin sammiti başlayır
29 Sentyabr 2011 Cümə Axşamı 01:40
Varşavada Şərq tərəfdaşlığı ölkələrinin sammiti başlayır. Sammitdə Azərbaycan, Gürcüstan və Ermənistan prezidentləri də iştirak edəcəklər.
Bu gün Poşanın paytaxtı Varşavada “Şərq tərəfdaşlığı” proqramı ölkələrinin ikigünlük sammiti başlayır. Belarus istisna olmaqla, proqramda iştirak edən ölkələrin dövlət başçıları avropalı həmkarları ilə birlikdə Avropa Birliyinə yaxınlaşma üzrə yeni proqramları müzakirə edəcəklər.

“Şərq tərəfdaşlığı” proqramı ölkələri ilə yanaşı, sammitdə Avropa Birliyinin 30 ölkəsinin liderləri, o cümlədən, Almaniyanın kansleri, Fransa, Macarıstan və İspaniyanın baş nazirləri, Çexiya və Liva prezidentləri də iştirak edəcəklər. Bundan başqa, Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu, Avropa Parlamentinin sədri Yeji Buzek, Avropa İttifaqının (Aİ) prezidenti Herman Van Rompey, eləcə də, arici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton də sammitə qatılmaq üçün Varşavaya səfər edəcəklər.

Sammit iştirakçılarının “Şərq tərəfdaşlığı” proqramı ölkələrinin birləşmiş Avropa ilə yaxınlaşması üçün Polşa və İsveçin təşəbbüsü ilə hazırlanmış proqrama dəstək verəcəkləri gözlənilir. Bu, 2009-cu ildə proqram təsis edildikdən sonra ikinci yüksək səviyyəli gbörüşdür.

“Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrdən 5-i sammitdə ən yüksək səviyyədə təmsil olunacaq. Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna prezidentləri və Moldovanın baş naziri zirvə toplantısında iştirak edəcəklər. Sammitə Belarusun xarici işlər naziri Sergey Martınov da dvətlidir. Lakin o Varşavaya getməyəcək. Nazirin əvəzinə “Şərq tərəfdaşlığı” proqramının altıncı üzvünü - Belarusu Polşadakı səfir təmsil edəcək. Polşa KİV-inin məlumatına görə, Belarus müxalifətinin nümayəndələrinin sammitin qonaqları arasında olacağı istisna deyil.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” proqramı Avropa Birliyinin Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusla yaxınlaşmasına yönəlib, lakin bu ölkələrin Birliyi qəbulunu nəzərdə tutmur. Proqram qarşılıqlı siyasi yardım səviyyəsinin artırılması, keçmiş sovet respublikalarının Avropa Birliyi iqtisadiyyatına geniş inteqrasiyası, maliyyə yardımlarının həcminin artırılması, enerji təhlükəsizliyinin gücləndirilməsinə istiqamətlənib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar