Vardan Oskanyan: “Rəsmi İrəvan Qarabağ münaqişəsi ilə bağlı reallıqları gizlədir”
28 Dekabr 2009 Bazar Ertəsi 23:50
Vardan Oskanyan:“Avropada hesab edirlər ki, ərazilərin Azərbaycana qaytarılması məsələsi həll olunub”
“Bu gün Avropada hesab edirlər ki, ərazilərin Azərbaycana qaytarılması məsələsi həll olunub və bu, paket razılaşmanın tərkib hissəsidir”. Bunu Ermənistanın keçmiş xarici işlər naziri, “Sivilitas” fondunun rəhbəri Vardan Oskanyan deyib. Onun sözlərinə görə, Qərb ölkələri Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləyir. Vardan Oskanyan hesab edir ki, rəsmi İrəvan bu yanaşmanı dəyişməyə çalışmalıdır.

“2009-cu il göstərdi ki, sözlərlə reallıq arasında çox böyük fərq var” deyən keçmiş xarici işlər naziri hesab edib ki, onun hakimiyyətdə təmsil olunduğu illərdə də reallıq bir qədər şişirdilirmiş. Amma indi vəziyyət daha təhlükəlidir: “Ermənistan tərəfi bəyan edir ki, heç bir güzəştə getməyəcək. Lakin bundan dərhal sonra rəşiblər Ermənistan-Türkiyə sərhədlərinin açılması üçün güzəştlərdə israr edirlər”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar